Saç tökülməsi nə zaman təhlükəli sayılır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir.
Milli.Az xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər.
Türkiyəli dermatoloq-həkim Hicran Ercan Dikerin sözlərinə görə, saç tökülməsi ilk mərhələdə ciddi xəstəlik kimi qiymətləndirilmir. Lakin uzun müddət davam edərsə, getdikcə artarsa və saçlarda nəzərə çarpan incəlmə olarsa, mütləq dermatoloqa müraciət etmək lazımdır.
Həkim qeyd edib ki, saçın təbii böyümə dövrü mövcuddur. Belə ki, saç tellərinin təxminən 85-90 faizi 2-6 il davam edən aktiv böyümə mərhələsində olur, 10-15 faizi isə istirahət və tökülmə fazasında olur. Bu səbəbdən gündə 50-100 tel saçın tökülməsi normal hesab edilir.
Onun sözlərinə görə, stres, qeyri-düzgün qidalanma və bəzi xroniki xəstəliklər saç köklərinin böyümə prosesinə təsir edə bilər. Xüsusilə ani stres, infeksiyalar, əməliyyatlar və ya ağır xəstəliklərdən sonra saçlar vaxtından əvvəl istirahət mərhələsinə keçərək kütləvi tökülməyə səbəb ola bilər.
Eyni zamanda, dəmir, sink, zülal, B12 vitamini, fol turşusu və D vitamini çatışmazlığı da saçların sağlam uzanmasına mane olur. Şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri və immun sistemi ilə bağlı bəzi problemlər də saç tökülməsini artıran amillər sırasındadır.
Vurğulayır ki, kişilərdə ən çox rast gəlinən saç tökülməsi tipi genetik meyillə bağlıdır və adətən 20-30 yaşlarda başlayır. Bu zaman saç xətti gicgah nahiyəsindən geri çəkilir və ya təpə hissədə seyrəlmə yaranır. Qadınlarda isə tökülmə daha çox ümumi seyrəlmə şəklində özünü göstərir.
Saç tökülməsinin diaqnostikasında xəstənin hekayəsinin dinlənilməsi mühüm rol oynayır. Həkimlər tökülmənin nə vaxt başladığını, artıb-artmadığını, ailədə oxşar halların olub-olmadığını və yanaşı xəstəlikləri araşdırır. Müayinə zamanı saç çəkmə testi aparılır, zərurət olduqda isə qan analizləri - hemogram, ferritin, B12, fol turşusu, D vitamini və qalxanabənzər vəz hormonları yoxlanılır.
Həkimlər bildirir ki, saçda dairəvi açılmalar, qaş və ya kiprik itkisi kimi hallar müşahidə olunarsa, bu zaman digər dəri xəstəlikləri də nəzərdən keçirilməlidir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Kredit bazarında nə baş verir?
-
Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)
-
Kamaləddin Qafarov: 3 oktyabr Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsidir
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto)
-
Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Ruhiyyə Balakişiyeva vəzifəsindən ayrıldı
-
Əminə Rəhimova vəfat etdi
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
İlkin Namazov işdən çıxarıldı - (Foto)
-
Prezident İlham Əliyev onu "Dostluq" ordeni ilə təltif etdi
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Bu ərazimizə qar yağdı: 10 santimetr
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama





