Maraqlı

Qəhvəsinə bir qaşıq əlavə edib içənlər təsirinə inana bilmir

4 Aprel 2026 20:47
Baxış: 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəhvə bir çox insanın günün hər saatında sevərək içdiyi ən populyar içkilərin önündə gəlir. Son illərdə qəhvənin faydalarını artırmaq üçün daxilinə fərqli qidalar əlavə etmək trendi kifayət qədər geniş yayılıb. İndi isə kətan toxumu qəhvəsevərlərin favoritidir.

Milli.Az xəbər verir ki, limon, darçın və kokos yağı kimi inqrediyentlərdən sonra indi də kətan toxumu gündəmdədir. Qidalanma mütəxəssisləri qəhvəyə əlavə edilən bir qaşıq kətan toxumunun sağlamlıq baxımından çox dəyərli olduğunu bildirirlər.

Mütəxəssislərin fikrincə, bu qarışım orqanizmə mühüm töhfələr verir:

Güclü antioksidant: Kətan toxumu antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə seçilir.

Zəngin tərkib: Yüksək lif tərkibi ilə yanaşı, omeqa-3 yağ turşuları, maqnezium, dəmir, biotin və fosfor kimi bir çox əsas qida maddələrini ehtiva edir.

Xolesterolu tənzimləyir: Kətan toxumunun xüsusilə qan şəkəri və xolesterol səviyyələrini idarə etməkdə faydalı olduğu vurğulanır.

Oksidativ stressi azaldır: Xüsusilə səhərlər qəhvəyə bir qaşıq əlavə edildikdə qidalandırıcı dəstək təmin edərək oksidativ stressin azalmasına kömək edir.

Qəhvə özlüyündə də güclü antioksidant mənbəyi kimi tanınır. Mülayim dərəcədə istehlak edildikdə ürək sağlamlığını dəstəkləyir və bəzi araşdırmalara görə, Altsheymer və Parkinson kimi xəstəliklərin riskini azaltmaqda rol oynaya bilər. Kətan toxumu ilə birləşdikdə isə bu iki qida bir-birini tamamlayaraq səhər qəhvənizin qida dəyərini əhəmiyyətli dərəcədə artırır.

Kətan toxumları bütöv halda qəhvədə tam həll olunmur. Buna görə də, ən yaxşı nəticə üçün qəhvənizə əlavə etməzdən əvvəl toxumları üyütmək və ya toz halına gətirmək tövsiyə olunur.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.