İran

Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqlayıb

4 Aprel 2026 23:20
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Buşehr nüvə elektrik stansiyasına hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, İranın xarici işlər naziri Abbas Əraqçinin BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və təşkilatın Təhlükəsizlik Şurasına (TŞ) ünvanladığı məktubda qeyd olunub.

"Buşehr nüvə elektrik stansiyasına qarşı davam edən hücumlar regionu ciddi radioaktiv çirklənmə təhlükəsi qarşısında qoyur və bu addım cavabsız qalmamalıdır" o bildirib və əlavə edib ki, İranın dinc məqsədlərlə fəaliyyət göstərən nüvə obyektləri bombardman olunub:

"1 martda Natanz nüvə obyekti iki dəfə hücuma məruz qalıb. 17 martda Buşehr nüvə stansiyasından cəmi 350 metr aralıda yerləşən bir tikiliyə hücum edilib. 21 martda Natanz nüvə obyektinin bir neçə nöqtəsi bombardman olunub. 24 martda Buşehr nüvə stansiyasının ətrafına bir mərmi düşüb. 27 martda Buşehr nüvə stansiyası üçüncü dəfə hücuma məruz qalıb. 27 martda Xondabdakı ağır su istehsalı zavoduna zərbələr endirilib. Həmin gün uran emalı obyekti də atəşə tutulub. Buşehr nüvə stansiyasına təkrar hücumlar İranı narahat edir. Bu hücumların aktiv nüvə obyektinə yaxınlığı ciddi radioloji yayılma təhlükəsi yaradır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.