Şou-biznes

Türkiyəli aktrisa Bakıda yol hərəkət qaydasını pozdu

4 Aprel 2026 18:32
Baxış: 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Zəhra Yılmaz Bakıya gəlib. 

Milli.Az xəbər verir ki, paytaxt gəzintisinə çıxan aktrisa yol hərəkət qaydalarını pozub. Bu haqda o, özü məlumat yayıb. 

Zəhra bildirib ki, işıqforda sarı işıqda keçib:

"Bakıda sarı işıqda keçmək qadağan imiş. Şansımdan arxada da polis olub və məni saxladı. Şükür, sənədlərim yerində idi. Bir də qardaşlıq, türk olduğumu bildi və cəza yazmadı, budəfəlik məni bağışladılar".

Qeyd edək ki, Zəhra "Cennet'in Gözyaşları" (Melisa), "Kimse Bilmez" (Tuğçe), "Gençliğim Eyvah"(Çağla), "Kalp Yarası" (Betül) ve "Gül Masalı" (Ece), "Hudutsuz Sevda" kimi ekran işlərində rol alıb. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.