Dünya

İranda atom stansiyasında partlayış

4 Aprel 2026 14:53
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda Buşehr Atom Elektrik Stansiyasının əməkdaşı stansiyanın hasarına dəyən mərminin partlaması nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.

"Bu gün səhər mərminin stansiyanın qoruyucu hasarına dəyməsi nəticəsində binalardan birinə ziyan dəyib. Təəssüf ki, təhlükəsizlik xidməti əməkdaşlarından biri ölüb. Bu, son müharibə dövründə Buşehr AES-ə edilən dördüncü hücumdur. Elektrik stansiyasının əsas hissələri zərər görməyib", - açıqlamada deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.