Hadisə

Yaşadığı binadan yıxılan yeniyetmə 3 gün sonra öldü

4 Aprel 2026 12:41
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda 16 yaşlı yeniyetmə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 

Milli.Az xəbər verir ki, hadisə şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2010-cu il təvəllüdlü İsayeva Fəxriyyə Emin qızı binanın 3-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılıb.

O, bir müddət öncə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, hadisədən üç gün sonra xəstəxanada vəfat edib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.