Bu ərazilərdə mənzillər BAHALAŞIR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda köhnə və qəzalı yaşayış fondunun mərhələli şəkildə yenilənməsi ilə bağlı yeni mərhələyə start verilir.
Aidiyyəti qurumların son məlumatları yaxın dövrdə ölkənin bir neçə böyük şəhərində söküntü və yenidənqurma proseslərinin başlanacağını göstərir.
Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 260 qəzalı bina mövcuddur. Qəzalı tikililərin böyük əksəriyyəti paytaxtın payına düşür. Belə ki, Bakıda 228, Sumqayıtda 21, Gəncədə isə 11 qəzalı bina qeydə alınıb.
Paytaxt Bakıda söküntülərin aparılacağı ərazilər artıq müəyyənləşib.
Qəzalı binalar Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarını əhatə edir. Bu binalar mərhələli şəkildə söküləcək, onların yerində isə şəhərsalma tələblərinə uyğun olaraq yaşıllıq zolaqları, parklar, yol infrastrukturu və yeni yaşayış binaları salınacaq.
Qeyd edək ki, proses təkcə təhlükəsizlik məqsədi daşımır, eyni zamanda şəhərlərin ümumi görünüşünün yaxşılaşdırılması və müasir urbanizasiya standartlarına uyğunlaşdırılması hədəflənir. Söküntü və yenidənqurma işlərinin yaxın gələcəkdə başlanması gözlənilir. Hazırda paytaxtın müəyyən ərazilərində aparılan söküntü zamanı əhaliyə 2700 AZN-dək kompensasiya təklif olunur.
Söküntü aparılacaq ərazilərdə yaşayan sakinlərin köçürülməsi və sosial məsələlərlə bağlı qərarların da aidiyyəti qurumlar tərəfindən mərhələli şəkildə açıqlanacağı bildirilir.
Bu layihə təbii ki, daşınmaz əmlak bazarındakı qiymətlərə təsirsiz qalmayacaq.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, bu layihənin icrası daşınmaz əmlak bazarındakı qiymətlərə birbaşa təsir göstərir:
"Bu cür layihələrin icrası ilk növbədə kirayə mənzil bazarına təsir edir. Çünki sökülən evlərin yerəndə çox zaman yeni binalar inşa edilir. Belə vəziyyətdə evləri sökülən sakinlər müəyyən müddətdə haradasa kirayə qalmaq məcburiyyətində qalırlar. Üstəlik, kirayə haqqını tikinti şirkəti ödədiyi üçün sakinlər bu işə həvəslə gedirlər.
Yox, əgər sökülən evlərin yenində infrastruktur layihə həyata keçirilirsə, o zaman vətəndaşa birdəfəlik kompensasiya məbləği ödənilir. Belə hallarda isə vətəndaş birbaşa mənzillərin satış seqmentinə müraciət edir. Ona görə də bütün variantlarda söküntülər həm kirayə, həm də satış seqmentinə birbaşa təsir edir. Təbii ki, müraciətlərin sayı artdıqca daşınmaz əmlak bazarında qiymətlər də yüksəlir".
Müsahibimiz onu da qeyd edib ki, bu layihənin icrası müəyyən vaxt aparacaq:
"Həm investorların tapılması, həm də dövlət büdcəsindən ayırmalar müəyyən bir dövr tələb edir. Bütün hallarda 260 ünvanda növbəlilik əsasında söküntü işlərinə başlanılacaq. Prosesə bu il başlanılaca və bununla əlaqədar olaraq sənəddə adı qeyd olunan şəhərlərdə qiymət artımı gözlənilir. İlkin ehtimallara görə daşınmaz əmlak bazarında 10-15 faiz arasında bahalaşma proqnozlaşdırılır".
Qiymət artımı nə vaxtadək davam edəcək?
"Reallıq ondan ibarətdir ki, daşınmaz əmlak bazarında qiymət artımı ən azı 2030-cu ilə qədər davam edəcək. Səbəb də odur ki, investisiya cazibədarlığı baxımından daşınmaz əmlak bazarı alternativsizdir. Əgər yaxın 5 ildə alternativ investisiya alətləri - birjalar, qiymətli kağızlar bazarı formalaşarsa, o zaman mənzil bazarında qiymətlər sabitləşə bilər", - Vüqar Oruc əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı - Rəsmi
XƏBƏR LENTİ
-
Cahangir Fərəcullayevə UEFA-da yüksək vəzifə verildi
-
NATO-Ermənistan təlimləri: Zaxarova xəbərdarlıq etdi
-
167 sm-lik rekord: Özbəkistanlı futbolçu DÇ tarixinə düşdü
-
Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO
-
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur
-
Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)





