Hadisə

27 yaşlı kişinin meyiti tapıldı

4 Aprel 2026 11:10
Baxış: 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə 27 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, şəhər sakini 1999-cu il təvəllüdlü V.Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.