Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub.
Milli.Az xəbər verir ki, söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir.
Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı işlərdə məhkəmələr tərəfindən iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin dayandırılmasına yönələn hərəkətlərin bu sahədə mövcud olan təbii inhisar subyektinə qadağan edilməsi və (və ya) bu xidmətin bərpa edilməsinə dair müvəqqəti təminat tədbiri barədə qərardadlar qəbul edilir.
Baxılmış işlərin təhlili göstərir ki, belə qərardadlar qəbul olunarkən müvəqqəti təminat tədbirinin əhatə dairəsi iddianın predmeti və mübahisələndirilən məbləğlə məhdudlaşdırılmadığına görə, təbii inhisar subyekti təbii qaz, su və ya elektrik enerjisinin dayandırılmasının qadağan olunması barədə qərardad qüvvədə olan dövrdə həmin tədbirin əhatə etmədiyi yeni borcla bağlı xidmətin göstərilməsini dayandıra bilmir. Bəzi istehlakçıların isə bu vəziyyətdən sui-istifadə edərək yeni borclarını ödəməkdən yayınması dövlət müəssisəsinə ödənilməli olan pul vəsaitlərinin gecikdirilməsinə gətirib çıxarmaqla, bu sahədə təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərir.
Məsələn, qazdan istifadəyə görə hesablanmış 5000 manat borcun silinməsi tələbi üzrə belə təminat tədbiri tətbiq edildikdən sonra məhkəmə icraatı zamanı istehlakçının əlavə olaraq 10 min manat yeni borcu yarandığı halda, qərardadda təminat tədbirinin hansı məbləğlə məhdudlaşdığı göstərilmədiyi üçün istehlakçı bundan sui-istifadə edərək yeni yaranmış borcunu da ödəmir. Bu da nəticədə təbii inhisar subyektinin hüquqlarının lüzumsuz və qeyri-mütənasib formada məhdudlaşdırılmasına səbəb olur.
Halbuki borcu mübahisələndirən şəxsin ərizəsi əsasında onun hüquqlarının qorunması üçün seçilən belə müvəqqəti tədbir, digər tərəfin (hazırkı halda təbii inhisar subyektinin) mübahisələndirilən məbləğlə bağlı olmayan zəruri hüquqlarının məhdudlaşdırılmasına və ona əsaslı zərərin vurulmasına gətirib çıxarmamalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin müvəqqəti təminat tədbirləri ilə bağlı müddəalarına görə, tətbiq edilən tədbir gözlənilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
Digər tərəfdən "Elektrik enerjisindən istifadə Qaydaları", "Qazdan istifadə Qaydaları" və "Sudan istifadə Qaydaları"nda hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə təchizatçının xidməti dayandırma hüququ nəzərdə tutulub.
Müəyyən edilib ki, məhkəmələr təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi ilə bağlı işlərdə yuxarıda qeyd olunan müvəqqəti təminat tədbirini tətbiq edərkən, həmin tədbirin iddianın predmeti və mübahisələndirilən məbləğə münasibətdə tətbiq edilməli olduğunu diqqətdə saxlamalıdırlar. Həmçinin bu təminat tədbirinin tətbiq edilməsinə baxmayaraq, mübahisə predmeti təşkil etməyən yeni borclara münasibətdə təbii inhisar subyekti tərəfindən xidmətin göstərilməsinin dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır.
Belə müvəqqəti təminat tədbiri ilə bağlı qərardadların nəticə hissəsində bu tədbirin məhz hansı borc məbləği ilə bağlı tətbiq olunduğu aydın göstərilməlidir (məsələn, qətnamə qanuni qüvvəsini alanadək A-ya məxsus X ünvanda yerləşən X saylı abonent kodu olan qeyri-yaşayış sahəsinə 5000 manat mübahisəli borca münasibətdə təbii qazın verilməsinin dayandırılması "Azəriqaz" İstehsalat Birliyinə qadağan olunsun və təbii qazın verilməsi bərpa olunsun)./Trend.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tovuz döyüşlərindən 6 il ötür
-
Ana-bala birlikdə məzun oldu
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
XƏBƏR LENTİ
-
Evliliyə hazırlaşan məşhur müğənni aktrisa sevgilisi ilə çimərlikdə
-
“Amazon” sürücüsü bədən quruluşu ilə diqqət çəkdi - (Video)
-
Yumurtanın təzə olub-olmadığını belə yoxlamaq olar
-
Zaqatalada qəza: İki nəfər yaralandı
-
Taleh Yüzbəyovun reklamına görə bloger təhdid edilib?
-
Səhvən su əvəzinə sirkə turşusu içdi
-
Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu - (Video)
-
Ata və oğul gizli görüşüb
-
20 il sonra piramidalarda konsert verəcək
-
Badımcanı yayda çox yeyin
-
Tovuz döyüşlərindən 6 il ötür
-
Ana-bala birlikdə məzun oldu
-
Milli Gimnastika Arenasında Matteo Morandi tərəfindən ustad dərsi keçirilib - (Foto)
-
Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu
-
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
-
Qəbələdə iki maşın yandı
-
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
-
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA





