Gürcüstanda azərbaycanlı gənci qisas üçün qətlə yetirdilər - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 2-də Marneuli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli sakinlər hadisəyə səbəb olan münaqişənin martın 26-da keçirilən toy məclisində başladığını bildiriblər.
Məlumata görə, ağır cinayəti törətməkdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu hələ toy günü qisas almaqla hədələyib. Dünən isə o, gənci evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib. Hadisə şahidlərinin sözlərinə görə, ağır yaralanan Ümid çoxlu qan itirərək hadisə yerindəcə dünyasını dəyişib. Şahidlər bildirirlər ki, gənc qaçmağa çalışsa da, hücum edən şəxs onu yaxalayaraq qətlə yetirib.
Hadisənin şahidi olan sakinlərdən biri həmin anları belə təsvir edib: "Qışqırıq səsinə çölə çıxdım, artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi. Yazıq hasardan tullanıb qaçmaq istəyirdi, amma çatmadı. Onu yaxalayıb boğazını kəsdi. Eşitdiyimə görə, aralarında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz ona "səni bağışlamayacağam" deyib. Beləcə qisas aldı".
Digər bir sakin isə yaralı gəncin təxminən yarım saat kömək istədiyini, lakin hamı qorxduğu üçün yaxınlaşa bilmədiyini qeyd edib:
"Qatil bıçaqla silahlandığı üçün hamı qorxurdu. Mən gələndə o artıq qaçmışdı. Təcili yardıma zəng etməyə belə çəkinirdilər. Mən zəng etdim, amma artıq gec idi - boğazındakı dərin kəsik səbəbindən hadisə yerində keçinmişdi".
Hadisə baş verən gün şəhərin mərkəzi xəstəxanasında da vəziyyət gərgin olub. Həkimlər gəncin həyatını xilas edə bilmədikdən sonra xəstəxana ərazisində qarşıdurma yaşanıb.
-------------
Ötən gün Gürcüstanın Marneuli rayonunda Ümid Bayramovu qətlə yetirməkdə şübhəli bilinən əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 2004-cü il təvəllüdlü şəxs saxlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, Marneulidə keçmişdə baş vermiş mübahisə zəminində baş verən qarşıdurma zamanı təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovu boğazından bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən ölüb. Şübhəli şəxs cinayət törədildikdən qısa müddət sonra saxlanılıb.
Faktla bağlı istintaq 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan qəsdən adam öldürmə maddəsi üzrə aparılır.
Milli.Az
______
"24news.ge"nin məlumatına görə, mərhum 1 həftə əvvəl ailə qurubmuş.
Qətlə yetirilən 20 yaşlı azərbaycanlının fotosunu təqdim edirik:
--------
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb.
Milli.Az xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə istintaq aparıldığını bildirib.
Qeyd edək ki, Ümid Bayramov bir neçə gün əvvəl ailə həyatı qurub və hadisənin toy mərasimində baş verən mübahisə ilə bağlı olduğu ehtimal edilir. (APA)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
-
Tbilisi su altında qaldı
-
12 yaşlı azərbaycanlı qəzada öldü
-
Gürcüstanda dövlət bayraqları yarıya endirildi
XƏBƏR LENTİ
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
-
Elza fərqli tərzi ilə yenidən gündəmdə - (Video)
-
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
-
“Avtovağzal” metrosunda ödənişsiz giriş tətbiq edildi - Son vəziyyət - (Video)
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)
-
Dünya bazarında neft ucuzlaşır
-
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
-
Qazın qiyməti bahalaşdı
-
Azərbaycana payız fəsli daxil olub
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)





