Tbilisi su altında qaldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Güclü yağış bu gün axşam Tbilisi sakinləri və şəhərin qonaqları üçün bir sıra problemlər yaradıb: leysan küçələri su altında qoyub və Gürcüstan paytaxtının bəzi ərazilərində elektrik enerjisinin verilişi kəsilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti cümə günü gecə saatlarına yaxın Tbilisidə güclənib.
Şəhərdə güclü yağış yağır. Leysan nəticəsində küçələr və sahilyanı ərazilər su altında qalıb. Su basması avtomobillərin hərəkətini çətinləşdirir.
Bundan əlavə, Tbilisinin bir sıra rayonlarında elektrik enerjisinin verilişi kəsilib.
Xatırladaq ki, bu gün daha əvvəl meteoroloqlar Gürcüstanda, xüsusilə paytaxt Tbilisidə, Kaxeti və Kvemo Kartli bölgələrində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq ediblər. Bu ərazilərdə leysan yağışları ilə yanaşı, göy gurultusu, dolu və güclü külək gözlənilirdi. Əlverişsiz hava şəraitinin sabah da davam edəcəyi bildirilir.
Tbilisi meriyası paytaxtda yağan yağışla əlaqədar açıqlama yayıb:
"Paytaxtda yağan güclü və uzunmüddətli yağışlar bir sıra problemlərə səbəb olub. Hazırkı məlumata görə, güclü yağıntılar nəticəsində küçələr, zirzəmilər, həmçinin "Rustaveli" və "Vaja-Pşavela" metro stansiyaları su altında qalıb.Xüsusilə Tamarashvili prospektində böyük miqdarda yağıntı düşüb.Saburtalo rayonunda, Çikovani küçəsində qaz kəməri zədələnib və bunun nəticəsində yaxınlıqdakı binanın sakinləri təxliyə olunub. Hazırda qaz şəbəkəsində bərpa işləri aparılır.Tbilisi meriyasının müvafiq xidmətləri və paytaxtın rayon administrasiyaları fövqəladə rejimdə fəaliyyət göstərirlər.Tbilservice Group əməkdaşları yolları təmizləyir və küçələrdə nizam-intizamı bərpa edirlər.Bütün problemli ərazilərdə Fövqəladə Halların İdarə Edilməsi Xidməti və patrul polisi səfərbər olunub.Qaynar xəttə daxil olan müraciətlər operativ şəkildə cavablandırılır.Zərurət yarandıqda vətəndaşlar Tbilisi meriyasının qaynar xəttinə 0322 722222 nömrəsi ilə müraciət edə bilərlər."
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
XƏBƏR LENTİ
-
“Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu





