Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AQTA tərəfindən insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, həmçinin qida zəhərlənmələri hadisələrinin minimuma endirilməsi istiqamətində kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilməkdədir.
Milli.Az xəbər verir ki, aparılan təhlillər və statistik rəqəmlər göstərir ki, 2024-2025-ci illər və cari ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiq olunmuş 241 qida zəhərlənməsi hadisəsinin 137-si məişət zəminində baş verib. Bu da ümumi hadisələrin 57 %-i təşkil edir. Eyni zamanda, həmin hadisələrin 47 %-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. İzlənilə bilinməyən həmin məhsullardan baş verən qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, o cümlədən bu məhsulların bazara yerləşdirilməsi ilə bağlı tənzimlənmələrə ehtiyac var.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027-2032-ci illər üçün Dövlət Proqramı"nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028-2032-ci illəri əhatə edir.
Bu çərçivədə həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir.
Sonda bildiririk ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Söyüdlü qızıl yatağında emal prosesi qurulacaq və sənaye istismarına başlanılacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
-
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
XƏBƏR LENTİ
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında emal prosesi qurulacaq və sənaye istismarına başlanılacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib
-
Azərbaycanda musiqiçi evində ölü tapıldı
-
Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu
-
DYP-dən piyadalara xəbərdarlıq: Bu səhv ağır nəticə yarada bilər
-
"Borussiya"nın yeni baş məşqçisi bəlli oldu
-
“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
-
Elza fərqli tərzi ilə yenidən gündəmdə - (Video)
-
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
-
“Avtovağzal” metrosunda ödənişsiz giriş tətbiq edildi - Son vəziyyət - (Video)
-
Bakıda onuncu yarış: 2026 Azərbaycan Qran-Prisi öncəsi əsas məqamlar - (Fotolar)
-
Dünya bazarında neft ucuzlaşır
-
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
-
Qazın qiyməti bahalaşdı
-
Azərbaycana payız fəsli daxil olub
-
Millimiz bu gün Tacikistan yığması ilə üz-üzə gələcək
-
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)





