Hadisə

Ziya Məmmədov illər sonra göründü - Bu rayonda yaşayırmış

4 Aprel 2026 13:23
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Gülüstan sarayında sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun nəvəsi Elyarın toy məclisi keçirilib.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, toyda sabiq nazir də iştirak edərək təbriklərini çatdırıb.

İşdən çıxarıldıqdan sonra Ucar rayonunda məskunlaşan Z.Məmmədov çıxışında vəzifə pillələrində keçdiyi yoldan bəhs edib.

Qeyd edək ki, toyu keçirilən Elyarın atası Namiq Məmmədov (Nəriman Məmmədovun oğlu) 2020-ci ilədək Baş prokurorun böyük köməkçisi olub. O, həmin il prokurorluqda başqa vəzifəyə keçirilib, daha sonra isə işdən çıxıb. Hazırda özəl şirkətlərdən birinə rəhbərlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.