Dünya

Sarkisyan seçkilərdə iştirak etməyəcək

4 Aprel 2026 15:37
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Respublika Partiyasının sədri, ölkənin üçüncü prezidenti Serj Sarkisyan qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.

Milli.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, Ermənistan Respublika Partiyasının 18-ci qurultayı öncəsi danışıb.

Müxalifət qüvvələrindən hansını - Samvel Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyə biləcəyi ilə bağlı sualı cavablandıran Sarkisyan bildirib ki, bu barədə bu gün seçkilər ərəfəsində keçirilən Ermənistan Respublika Partiyasının növbəti qurultayında elan ediləcək.

O, həmçinin qeyd edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.