Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hər il dünyada təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır, 10 milyona yaxın insan isə bu xəstəlik səbəbilə həyatını itirir.
Milli.Az xəbər verir ki, türkiyəli onkoloq Dilşən Çolak bildirib ki, müasir tibbdə xərçəng artıq tək bir xəstəlik kimi deyil, müxtəlif bioloji xüsusiyyətlərə malik xəstəliklər qrupu kimi qiymətləndirilir.
Onun sözlərinə görə, bu səbəbdən hər bir xəstəyə fərdi yanaşma vacibdir.
Həkim qeyd edib ki, xərçəngin müalicəsi yalnız fiziki deyil, həm də psixoloji və sosial aspektlər nəzərə alınaraq aparılmalıdır və bu baxımdan multidissiplinar yanaşma mühüm rol oynayır.
Erkən diaqnozun əhəmiyyətinə toxunan mütəxəssis vurğulayıb ki, xəstəliyin ilkin mərhələdə aşkarlanması müalicə şansını xeyli artırır. O əlavə edib ki, xüsusilə süd vəzi, uşaqlıq boynu və kolorektal xərçənglər skrininq proqramları vasitəsilə erkən mərhələdə aşkar edilə bilər.
Həkimlər xərçəngin yalnız müalicə edilən deyil, həm də qarşısı alına bilən xəstəlik olduğunu bildirirlər. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq riskləri əhəmiyyətli dərəcədə azaldır.
Risk faktorları arasında isə ultra emal olunmuş qidaların tez-tez qəbulu, siqaret, alkoqol istifadəsi, hərəkətsiz həyat tərzi və piylənmə xüsusi yer tutur.
Son illərdə xərçəng müalicəsində də mühüm yeniliklər qeydə alınıb. Həkimlərin sözlərinə görə, artıq klassik kimyaterapiya ilə yanaşı, hədəfli müalicələr, immunoterapiya və "ağıllı dərmanlar" geniş tətbiq olunur. Bununla belə, hər bir müalicə üsulu bütün xəstələr üçün uyğun hesab edilmir və terapiya planı fərdi qaydada müəyyənləşdirilir.
Mütəxəssislər ailə dəstəyinin və ictimai maarifləndirmənin də vacib olduğunu qeyd edərək, hər kəsi yaş və risk qrupuna uyğun olaraq mütəmadi tibbi müayinələrdən keçməyə çağırırlar.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nənələrimizin mirası Bakı küçələrində - (Foto)
-
Hakan Fidan Bakıdadır - Yenilənib
-
“Navai” saxlanıldı
-
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib - (Foto)
-
Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası
-
Vitali Kliçkonun çıxışı zamanı mikrofonunu söndürdülər - (Video)
-
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub - (Foto)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - (Foto)
-
Erməni deputat Rusiyaya buraxılmadı
-
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)
-
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - (Foto)
-
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova
-
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
-
Vüsalə Sadıqova: "Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir"
-
Ankara və İrəvanın yeni məramları nədir?
-
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama
-
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir - (Foto)
-
Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib - (Foto)
-
Qırğızıstan Prezidenti Bakıdadır - (Foto)
-
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb - (Foto)
-
Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye





