Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili məhkəmədə heç kimin əleyhinə ifadə vermədiyini bildirib.
Milli.Az xəbər verir ki, bu barədə Qaribaşvili Tbilisi Şəhər Məhkəməsindən çıxarkən jurnalistlərin suallarını cavablandıran zaman deyib.
Məlumata görə, o, binanı əsas girişdən deyil, yan qapıdan tərk edib.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi onun barəsində 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçib. Qərara əsasən, Qaribaşvili pasportunu təhvil verməli və ölkəni tərk etməməlidir.
Onu da bildirək ki, eks-Baş nazirə qanunsuz gəlirlərin leqallaşdırılması (yuyulması) ittihamı irəli sürülüb. Gürcüstan qanunvericiliyinə əsasən, bu maddə üzrə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Milli.Az





