Dünya

İranla bağlı qətnamə: bu ölkələr bitərəf qaldı

12 Mart 2026 00:37
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Bəhreynin təqdim etdiyi və İranın Körfəz ölkələrinə qarşı hücumlarını dərhal dayandırmasını tələb edən qətnaməni qəbul edib. Səsvermədə İranın müttəfiqləri sayılan Rusiya və Çinin bitərəf qalması diqqət çəkib.

Milli.Az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında keçirilən səsvermədə İranın Körfəz ölkələrinə raket hücumlarını pisləyən sənədə 13 ölkə dəstək verib.

Qərarda İranın Körfəz ölkələrinə qarşı hərbi hərəkətlərini dərhal dayandırması tələb olunur.

Tehranın Hörmüz boğazını bağlayaraq beynəlxalq dəniz təhlükəsizliyini riskə atması kəskin şəkildə pislənilib.

Bəhreynin Körfəz Əməkdaşlıq Şurası adından təqdim etdiyi bu layihəyə 130-dan çox BMT üzvü olan dövlət dəstək nümayiş etdirib.

Rusiya tərəfindən təqdim olunan və konkret ölkə adı çəkmədən Yaxın Şərqdəki bütün münaqişələrin dayandırılmasını nəzərdə tutan qərar layihəsi isə qəbul edilməyib. Sənədə yalnız 4 ölkə "hə" deyib, 9 ölkə isə bitərəf qalıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.