Dünyanın ən kiçik yaşayış məntəqəsi: Adada cəmi bir ev və bir ağac var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəmi 310 kvadratmetrlik sahəsi ilə bir tennis kortundan bir az böyük olan Just Room Enough adası üzərindəki tək bir ev və bir ağacla dünyanın ən kiçik məskunlaşılmış yeri titulunu daşıyır.
Milli.Az xəbər verir ki, Nyu-York ştatı ilə Kanadanın Ontario bölgəsi arasındakı sərhəddə, Sent-Lourens çayı üzərində yerləşən bu ada, yerli əhali tərəfindən "Hab adası" kimi də tanınır. Ümumilikdə 1864 adadan ibarət olan bu zəncirdə bir çox kiçik quru parçası olsa da, Just Room Enough insan yaşayan ən kiçik nöqtədir.
Adanın hekayəsi 1950-ci illərdə varlı Sayzeland ailəsinin sükut və tənhalıq axtarışı ilə bu minik torpaq sahəsini satın almasıyla başlayıb. Ailə adanın hər santimetrini hesablayaraq üzərində kiçik bir kənd evi tikib və yanına bir ağaç əkib. Lakin onların izolyasiya xəyalları bu qeyri-adi tikilini görmək istəyən turistlərin qayıqlarla bölgəyə axın etməsi ilə suya düşüb.
Adanın ən diqqətçəkən xüsusiyyəti sərhədlərinin riyazi dəqiqliklə istifadə edilməsidir. Bu mikroskopik sahədə yalnız bir ev, bir ağac, iki kol və suyun səviyyəsindən asılı olaraq dəyişən kiçik bir "çimərlik" yer alır. Evin divarları demək olar ki, çay suları ilə birləşib, bu da sakinlərə eyvan əvəzinə birbaşa çay sahilində oturmaq təcrübəsi təqdim edir.
Just Room Enough adası 1982-ci ildə "Dünyanın ən kiçik yaşayış yeri" titulunu rəsmən qazanıb. Bu rekord əvvəllər İngiltərədəki Bişop Rok adasına məxsus idi. Lakin oradakı mayakın avtomatlaşdırılması və daxilində insan yaşamının sona çatması ilə titul əl dəyişdirib. Hazırda bu ada il boyu suyun üzərində qalmağı bacaran və daxilində aktiv yaşayış olan ən kiçik quru parçası kimi qeydiyyata alınıb.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Trampdan İrana növbəti təhdid: Tezliklə öyrənəcəksiniz
-
Egey dənizində zəlzələ: İstanbulda da hiss olundu
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
XƏBƏR LENTİ
-
Trampdan İrana növbəti təhdid: Tezliklə öyrənəcəksiniz
-
Əməkdar artistdən oğlu ilə bağlı paylaşım
-
Misli Premyer Liqası: “Qarabağ” və “Neftçi” meydana çıxır
-
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə necə müraciət edilməlidir? – Hakimdən açıqlama
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
-
Bakı aeroportunda Hindistan vətəndaşı öldü
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Egey dənizində zəlzələ: İstanbulda da hiss olundu
-
Pərvin Abıyeva: “Yerindən duran maşın sürür”
-
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
-
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - (Foto)
-
Azərbaycan avro ucuzlaşdı - Rəsmi
-
Konfrans Liqası: "Trabzonspor" öz meydanında uduzdu
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
-
Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
Bu ərazimizə 15 sm qar yağdı - (Fotolar)
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
-
Ülviyyə Rəhimova: “Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - (Foto)
-
Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
-
4 bürc üçün böyük pul günü





