Rusiya

Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır

5 Noyabr 2026 20:01
Baxış: 72
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Moskva Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanı Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim məsələsində Ermənistan əhalisini çaşdırmaq cəhdlərində günahlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya XİN sözçüsü brifinqdə bildirib ki, Ermənistan Baş nazirinin bu gün verdiyi açıqlamalarda heç bir konkretlik yoxdur.

Onun sözlərinə görə, dörd Aİİ ölkəsinin liderlərinin 29 may tarixli bəyanatında çox konkret suallar qoyulsa da, onlara hələ də cavab verilməyib.

"Aİİ tərəfdaşları hələ də rəsmi İrəvanın məntiqini başa düşmürlər - hətta sadə məntiqlə belə, hər hansı bir addım atmazdan əvvəl əvvəlcə öz xalqının fikrini soruşmaq lazımdır", - Zaxarova əlavə edib.

Ermənistanın KTMT-dən çıxmasının mümkünlüyündən danışan Rusiya XİN sözçüsü qeyd edib ki, Cənubi Qafqazda alternativ təhlükəsizlik arxitekturasının yaranması perspektivi yoxdur: "Qərb ölkələri öz hərbi inkişaf və idarəetmə standartları ilə "regiona müdaxilə etməyə" çalışırlar. Bu ölkələr regionda sabitliyi təmin edə bilmir və təmin etmək niyyətində deyillər".

Zaxarova vurğulayıb ki, İrəvan istənilən vaxt KTMT-də tam hüquqlu iştiraka qayıda bilər, heç kim Ermənistanı zorla təşkilatda saxlamır: "Ölkənin nizamnamədə nəzərdə tutulan bütün prosedurları tətbiq etmək və mövcud öhdəliklərini yerinə yetirdikdən sonra təşkilatdan çıxmaq hüququ var".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.