Ölkədə cəmi 2 günlük ehtiyat qaldı: Bütün evlərə çağırış edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniyada təbii qaz ehtiyatları kritik səviyyəyə düşüb. Anbarlardakı mövcud qazın ölkəyə cəmi 1,5-2 gün kifayət edəcəyi bildirilir. Qiymətlər artıq Avropa ortalamasını keçib və hökumətə təcili yeni anbarların tikilməsi ilə bağlı çağırışlar edilir.
Milli.Az xəbər verir ki, Böyük Britaniyanın qaz ötürücü operatoru National Gas tərəfindən yayımlanan məlumatlara görə, ölkənin qaz anbarlarındakı enerji miqdarı keçən il 18 min GWh olduğu halda, bu il cəmi 6.700 GWh-ə qədər geriləyib. Maye qaz (LNG) terminallarındakı doluluq nisbəti də olduqca aşağı səviyyədədir.
Anbar tutumunun məhdud olması ölkəni xarici mənbələrdən, xüsusilə ABŞ və Norveçdən asılı vəziyyətə salıb. Argus Media eksperti Natasha Fielding bildirir ki, Böyük Britaniyada qazın qiyməti Avropanın istinad nöqtəsi sayılan Hollandiya bazarını da üstələyib. Bu bahalaşmanın may ayının sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.
National Gas şirkətinin baş direktoru Jon Butterworth Enerji naziri Ed Milibanda göndərdiyi hesabatda sistemin təhlükəsiz işləməsi üçün 3 yeni qaz anbarının tikilməsini və ya 6 böyük LNG gəmisinin dövriyyəyə salınmasını tələb edib. Qeyd olunur ki, hazırkı tutum əvvəlki illərlə müqayisədə cəmi 18% təşkil edir.
Goldman Sachs investisiya bankının analitikləri xəbərdarlıq edirlər ki, Yaxın Şərqdəki gərginlik səbəbindən yarana biləcək enerji şoku 2022-ci ildəki Rusiya böhranından 17 dəfə daha böyük ola bilər. Mövcud vəziyyət davam edərsə, neftin qiymətinin gələn həftə 100 dolları keçəcəyi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
XƏBƏR LENTİ
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)





