Xəzər dənizində dünən itkin düşmüş kater aşkarlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat verib.
Məlumata əsasən, göyərtəsində 7 nəfər olan kater Suiti adalarının yaxınlığında aşkar olunub. Bildirilir ki, həmin şəxslərə tibbi yardım tələb olunmayıb.
Milli.Az