İçərisində 7 nəfər olan qayıq kimsəsiz adada tapıldı

6 Sentyabr 2021 18:54

Xəzər dənizində dünən itkin düşmüş kater aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat verib.

Məlumata əsasən, göyərtəsində 7 nəfər olan kater Suiti adalarının yaxınlığında aşkar olunub. Bildirilir ki, həmin şəxslərə tibbi yardım tələb olunmayıb.

Milli.Az