Azərbaycanlı jurnalist və şərqşünas Ruslan Süleymanovun adı Rusiyada "xarici agentlər" siyahısına salınıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumat Rusiya Ədliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Süleymanovla yanaşı, rusiyalı media nümayəndələri İrina Novik, Nino Rosebaşvili və Dmitri Çernışevski də "xarici agent" kimi tanınıblar.
Nazirliyin açıqlamasında bildirilir ki, sözügedən şəxslər Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən beynəlxalq və xarici təşkilatlarla əməkdaşlıq edərək onların materiallarının hazırlanması və yayılmasında iştirak ediblər.
Qeyd edək ki, 30 yaşlı Ruslan Süleymanovun atası azərbaycanlı, anası isə ukraynalıdır. O, Ukrayna müharibəsinin başlanmasından sonra TASS agentliyindəki fəaliyyətinə son qoyub və hazırda Bakıda yaşayır.
Milli.Az





