Sağlamlıq

Siqaret tüstüsü beyini tez qocaldır - Hər gün çəkənlər risk qrupundadır

11 May 2020 19:59
0 Şərh     Baxış: 1 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər bir insan hər gün 5 ədəd və daha çox siqaret çəkirsə, onun beyni - toxuması və hüceyrələri tez qocalacaq. Həmçinin onun ailə üzvləri passiv siqaret çəkən qrupuna daxil olduqları üçün onlar da risk altındadır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Kaliforniya Universitetinin alimləri son elmi işlərində sübut ediblər.

Tədqiqatçılar 17 min nəfər 45-81 yaş arası insanın beynini MRT edərək, nəticələri təhlil edib.

Beynin qocalması dedikdə, onun ümumi həcminin azalması,boz və ağ hissənin bərkliyinin dəyişməsi, müəyyən hissələrdə atrofiya və s. nəzərdə tutulur.

Bu dəyişikliklər nəticəsində insanın intellekti zəifləyir.

Nəticələr göstərib ki, bu qədər insanın içində hər gün şərab və araq içənlərin, eləcə də hər gün siqaret çəkənlərin beyni daha tez qocalıb, nəinki daha sağlam həyat sürən və az içib çəkən həmyaşıdları.

Hər gün artan 2 ədəd siqaret il ərzində beynin qocalmasını 12 gün daha da tezləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.