Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə teatr" layihəsi çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı nəzdində fəaliyyət göstərən "Günay" teatr-studiyasının "Arşın mal alan" adlı tamaşası nümayiş olunub.
Üzeyir Hacıbəylinin unudulmaz əsəri olan bu tamaşada Azərbaycan klassik musiqili komediyasının əsas motivləri canlandırılandırılıb.
Larisa Viktorovna Tarusovanın quruluşu verdiyi tamaşa Bakının müxtəlif ümumtəhsil məktəblərinin şagirdlərinin və gənc aktyorların iştirakı ilə həyata keçirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





