Ölkə

Üzərində Polad Həşimovun şəkli olan 3000 manatlıq əsginaslar tədavülə buraxılıb?

11 Dekabr 2025 10:59
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub.

Məsələ ilə bağlı Mərkəzi Bankdan oxu.az-a bildirilib ki, görüntülər saxtadır:

"Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu yeddi ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və altı ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: https://www.cbar.az/page-28/currency-in-circulation".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.