200 kiloqram çəkiyə çatan 27 yaşlı Angus Barbieri adlı gənc həyatının nə qədər dəyişdiyini illər sonra anlayıb. Gənc yaşda sadə bir gəzinti belə onun üçün əsl işgəncəyə çevrilib. Artıq bu həyat tərzinə dözə bilməyəcəyini dərk edən Barbieri radikal qərar verərək tibb tarixinin ən qeyri-adi hadisələrindən birinə imza atıb.
Milli.Az xəbər verir ki, Barbieri tibb dünyasını şoka salan bir dieta proqramı hazırlayıb.
O, 382 gün ərzində demək olar ki, heç nə yemədən 127 kiloqram arıqlamağa nail olub. Onun bədəni bu müddət ərzində necə dözüb? Sual bu gün də mütəxəssislər arasında maraq doğurur.
Angus illər sonra müsahibəsində bildirib ki, problem yalnız çox yemək olmayıb. O, özünü idarə etməkdə çətinlik çəkirdi, dayana bilmirdi və bu, onu geri dönüşü çətin olan dövrəyə salmışdı. Atasının balıq və cips restoranında işləməsi vəziyyəti daha da ağırlaşdırırdı - gününün böyük hissəsi yeməklərin əhatəsində keçirdi.
Barbieri xəstəxanaya müraciət etdikdə onun çəkisi 207 kiloqram olub. Həmin illərdə piylənmənin müalicə üsulları bu günkü kimi geniş olmayıb. Təklif edilən yeganə alternativ ya yüksək riskli cərrahi müdaxilə, ya da ciddi nəzarət altında aparılan uzunmüddətli oruc proqramı idi.
Cərrahi əməliyyatlar bağırsağın quruluşunu dəyişdirdiyi üçün ölüm riski yüksək sayılırdı. Bir çox pasiyentlər illər sonra ağırlaşmalar səbəbindən yenidən əməliyyat olunmağa məcbur qalırdı. Məhz buna görə həkimlər daha təhlükəsiz görünən - nəzarət altında oruc proqramını seçdilər.
Milli.Az





