2024-cü ilin sonunda Suriyada 61 illik Bəəs rejimi devrilib.
Milli.Az xəbər verir ki, bu tarixi hadisənin birinci ildönümü ölkənin müxtəlif şəhərlərində geniş miqyaslı mərasim və tədbirlərlə qeyd olunub.
Milyonlarla suriyalı "8 Dekabr Azadlıq Günü" çərçivəsində meydanlara çıxaraq bayram əhval-ruhiyyəsini nümayiş etdiriblər.
Diqqət çəkən məqam 2016-cı ildə Hələbdə hava hücumundan sonra dağıntılar altından çıxarılan və bütün dünyada müharibənin simvoluna çevrilmiş Ümran Dakneşin illər sonra Şamda keçirilən rəsmi mərasimdə çıxış etməsi olub. Ümran burada keçmişdə yaşadığı zorakılıq və bombalanma barədə danışıb.
Milli.Az görüntüləri təqdim edir:
İsmayıl
Milli.Az





