Ölkə

Elçin Quliyev generalın oğluna vəzifə verildi

11 Dekabr 2025 20:50
Baxış: 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, Atçılıq Federasiyasının vitse-prezidenti, general-leytenant Cavid Abdullayevin oğlu Mirhəmzə Abdullayevə yeni vəzifə verilib.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mirhəmzə Abdullayev DSX hərbi hospitalında şöbə rəisinin müavini təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin maddi-texniki təminat üzrə rəis müavini, general-leytenant Cavid Abdullayevə ikinci vəzifə verərək onu Atçılıq Federasiyasının vitse-prezidenti təyin etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.