Xəstəliyi olanlar Masazırdan ev almasınlar - Həkim riskləri AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar xroniki xəstəliyi və ya yüksək qan təzyiqi olan şəxslərin Masazır kimi ərazilərdən ev almaması ilə bağlı fikirlər səsləndirilir. Bildirilir ki, bu cür yaşayış məntəqələri onların səhhətinə mənfi təsir göstərə bilər. Masazırdakı duz gölünün də belə insanlar üçün zərərli olduğu qeyd olunur. İzah edilir ki, duz təzyiqə təsir etdiyi üçün hipertoniyadan əziyyət çəkənlər həmin ərazidən uzaq durmaldır. O da deyilir ki, duz bədəndə bir sıra fizioloji dəyişikliklərə səbəb olaraq sümüklərin zəifləməsinə təsir göstərir. Yəni duzun yaratdığı əlaqəli proseslər nəticəsində sümük sıxlığı azalır, qığırdaq daha həssas olur və oynaqlarda fizioloji dəyişikliklər yaranır.
Bəs, bunlar nə dərəcədə əsaslı fikirlərdir?
Terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, tibbi baxımdan Masazır və ya digər yaşayış məntəqələrinin müəyyən xəstələr üçün xüsusi risk daşıdığına dair rəsmi elmi sənəd və ya qadağa yoxdur.
Onun sözlərinə görə, sadəcə xroniki xəstəliklərdən, xüsusilə də yüksək qan təzyiqindən əziyyət çəkən şəxslərin yaşayış yeri seçərkən daha diqqətli olması tövsiyə olunur:
"Yüksək təzyiq problemi olan insanlar hündür ərazilərdə yaşadıqda narahatlıq hiss edə bilərlər. Bu, onların təzyiq səviyyəsinə təsir edə bilər. Eyni şey astma, şəkər kimi xroniki xəstəlikləri olanlar üçün də keçərlidir. Amma Masazırla bağlı konkret bir tibbi qadağa yoxdur".
Həkim vurğulayıb ki, ev seçərkən mühitin həmin şəxsin səhhətinə təsir edib-etmədiyini yoxlamağın ən doğru yolu orada müəyyən müddət qalmaqdır:
"Məsələn, astması olan şəxs tozlu ağacların çox olduğu ərazilərdə çətinlik çəkə bilər. Yaxud təzyiq problemi olanlar dağlıq zonalarda yaşadıqda əlavə ehtiyat tədbirləri görməlidirlər".
G.Lətifova nəzərə çatdırıb ki, ümumilikdə bu sahədə konkret elmi göstəriş və ya qadağa olmasa da, fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalı və öncədən mühitə uyğunlaşma test edilməlidir.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)





