Mədəniyyət

Azərbaycan Milli Konservatoriyasında "Zaman onu seçdi" adlı tədbir keçirilib - FOTO

11 Dekabr 2025 20:41
Baxış: 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zaman onu seçdi" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Milli Konservatoriyası və "Bizi Birləşdirən Mədəniyyət"  İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Əməkdar artist, "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri Ramil Qasımov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin banisi kimi mədəniyyət və incəsənət adamlarına göstərdiyi xüsusi qayğıdan, milli musiqimizin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb.

Daha sonra iştirakçılara Heydər Əliyevin "Küçələrə su səpmişəm" adlı xalq mahnısını ifa etdiyi nadir arxiv görüntüsü təqdim olunub.

Konsert proqramında Xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, Elçin Həşimov (tar), Əməkdar artistlər Ramil Qasımov, Emil Əfrasiyab, Elnur Əhmədov (kamança), Əməkdar müəllim Naibə Şahməmmədova, solist Fatimə Cəfərzadə, nağarada Səbuhi İsmayılovun ifasında "Küçələrə su səpmişəm", "Elegiya", "Şükriyyə", "Sənə də qalmaz", "Azərbaycan" əsərləri səsləndirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin mədəniyyətə verdiyi tarixi dəyərin bugün də sənət ictimaiyyəti üçün yol göstərən örnək olduğunu vurğulayıblar.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.