Maraqlı

Toyda qayınana gəlinin geyiminə müdaxilə etdi, reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO

14 Mart 2026 02:02
Baxış: 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə yayılan bir video geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, görüntülərin toylardan birində çəkildiyi bildirilir.

Kadrlarda ailə üzvlərinin birlikdə xatirə şəkli çəkdirdiyi anlar əks olunub. Lakin bu zaman maraqlı bir məqam yaşanıb. Belə ki, gəlinin açıq-saçıq geyimi qayınananın xoşuna gəlməyib.

Videoda yaşlı qadının gəlinin dekoltesini örtməyə çalışdığı və onun bu şəkildə görüntü verməsinə etiraz etdiyi görünür. Qayınana gənc qızın dekoltesini nümayiş etdirməsinə imkan verməyərək geyiminə müdaxilə edir.

Həmin anlar isə məclisdə olanlardan biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Qısa zamanda yayılan görüntülər istifadəçilər arasında müxtəlif fikirlərə səbəb olub.

Bəzi izləyicilər qayınananın davranışını dəstəkləyərək bunu ailə böyüyünün iradı kimi qiymətləndiriblər.

Beləliklə, toy məclisində yaşanan bu maraqlı anlar sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.