Türkiyə

İlber Ortaylının vəsiyyəti ortaya çıxdı

13 Mart 2026 23:20
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin və türk dünyasının ən parlaq zəkalarından biri, görkəmli tarixçi professor İlber Ortaylı 79 yaşında vəfat edib. Alimin vəfatından sonra onun dəfn yeri ilə bağlı keçmişdə verdiyi bir müsahibədəki vəsiyyəti yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, İlber Ortaylı sağlığında qatıldığı proqramların birində "Məzarınızla bağlı bir vəsiyyətiniz varmı?" sualına belə cavab vermişdi:

"Yəqin ki, Gəlibolu olar. Burada (İstanbulda) istəmirəm. İzdiham xoşlamıram."

Onun bu sözləri, dahi tarixçinin səs-küydən uzaq, tarixi bir məkanda əbədi istirahətə çəkilmək istədiyini göstərir.

Professor bir müddətdir Koç Universiteti Xəstəxanasında reanimasiya şöbəsində müalicə alırdı və süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

1947-ci ildə Avstriyada doğulan İlber Ortaylı, dünya tarix elminin ən mühüm simalarından biri idi.

Ankara, Vyana və Çikaqo universitetlərində təhsil alıb. Böyük tarixçi Xəlil İnalcıkın tələbəsi olub.

Topqapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb, dünyanın ən nüfuzlu universitetlərində (Oksford, Kembric, Prinston və s.) mühazirələr oxuyub.

O, fenomenal yaddaşı və dil biliyi ilə tanınırdı. Türk, Osmanlı, Krım-tatar, ərəb, fars, alman, fransız, italyan, latın, yunan, rus və bir neçə slavyan dili daxil olmaqla 15-dən çox dili mükəmməl bilirdi.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.