Heydər Əliyev Sarayı səhnəsində dünya opera sənətinin şah əsərlərindən biri “Aida” təqdim olundu – VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Sarayı səhnəsində dünya opera sənətinin şah əsərlərindən biri - görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin məşhur "Aida" operası tamaşaçılara təqdim olundu.
Dörd pərdəli opera qədim Misirdə baş verən hadisələr fonunda sevgi, sədaqət, vətənə bağlılıq və insan taleyinin dramatik qarşıdurmasını əks etdirir. Zəngin musiqi dili, monumental səhnə həlli və dərin psixoloji dramatizmi ilə seçilən bu əsər dünya opera irsinin ən parlaq nümunələrindən hesab olunur.
Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyevdir. Quruluşçu rejissor Gürcüstanın Əməkdar incəsənət xadimi Mixail Kvaliaşvili, rejissor isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Rəssam Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir. Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeyster isə SSRİ Xalq artisti Qəmər Almaszadədir.
Tamaşanın konsertmeysterləri Daniil Kirillov, Roza Səlimova və İlahə Sadıxzadədir.
Tamaşada Azərbaycan opera səhnəsinin tanınmış solistləri iştirak edəcəklər:
Aida - Əməkdar artist Afaq Abbasova
Radames - Xalq artisti Yusif Eyvazov
Amneris - Xalq artisti Fidan Hacıyeva
Amonasro - Xalq artisti Əvəz Abdulla
Kahin qadın - Xalq artisti Gülnaz İsmayılova
Ramfis - Xalq artisti Əkrəm Poladov
Firon - İqor Yadrov
Carçı - Fəhmin Əhmədli
Tamaşanın təqdimatı paytaxtın mədəni həyatında mühüm hadisələrdən biri olmaqla, tamaşaçılara dünya opera klassikasının ən möhtəşəm nümunələrindən birini canlı şəkildə izləmək imkanı yaratdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti" mövzusunda seminar keçirilib - FOTO
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
-
İki möhtəşəm iyun gecəsi - “Ocaq” Müasir Sənət Mərkəzi “Bakı gecələri” layihəsini təqdim edəcək - VIDEO
XƏBƏR LENTİ
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Tatlısesin qızından diqqətçəkən CAVAB - FOTO
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Göy üzündə möhtəşəm şou OLACAQ
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
Körpəsinə "Gucci"dən əmzik almaq üçün Dubaya GETDİ: 833 manata... - VİDEO
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
-
Dünyanın ən sağlam meyvələri açıqlandı - SİYAHI
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"
-
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - SABAHDAN
-
ABŞ Almaniyada planlarını dəyişir?
-
Trampdan Putinlə bağlı diqqətçəkən açıqlama
-
Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu
-
"Ərinə yaraşmırsan" dedilər, əməliyyatla üzünü DƏYİŞDİRDİ - VİDEO
-
AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olundu
-
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti" mövzusunda seminar keçirilib - FOTO
-
Yasamalda xəstəxanada PARTLAYIŞ - Ölən və yaralanan VAR - YENİLƏNİB
-
Xamenei xalqa müraciət etdi
-
Verilişi bağlanan Xoşqədəm görün nə işlə məşğuldur - VİDEO
-
Bakıda “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilir - FOTO
-
Azərbaycanda kredit faizləri ENDİRİLİR?
-
110 metrlik asteroid Yerə yaxınlaşır





