Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə "Ədibin evi"ndə ədəbi-bədii tədbir təşkil olunub.
Milli.Az xəbər verir ki, Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış elm və ədəbiyyat xadimləri, ziyalılar, tələbələr və ədəbiyyatseverlər iştirak ediblər.
Tədbirin rəsmi hissəsini açıq elan edən Akademiyanın sosial və iqtisadi məsələlər üzrə prorektoru, rektor köməkçisi Gülnarə Əhmədova akademik Arif Paşayevin salamlarını iştirakçıların diqqətinə çatdıraraq tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra Milli Məclis sədrinin müavini, akademik Rəfail Hüseynov, akademik Nizami Cəfərov və akademik Misir Mərdanov çıxış edərək Mir Cəlal Paşayevin zəngin elmi və ədəbi irsinin milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, görkəmli ədibin yaradıcılığı yalnız keçmişin mirası deyil, həm də gələcək nəsillər üçün mühüm mənəvi istiqamətverici rol oynayır.
Tədbirdə yazıçının tələbələrindən biri, "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə müəllimi ilə bağlı xatirələrini bölüşərək onun pedaqoji və insani keyfiyyətlərindən bəhs edib.
Bədii hissədə tələbələr tərəfindən ədibin şah əsəri olan "Bir gəncin manifesti" , "Yad adam" hekayəsi əsasında hazırlanmış səhnəcik təqdim olunub, həmçinin "Qaf ucalığı" və "Bizim Mir Cəlal müəllim" adlı şeirlər səsləndirilib. Musiqi nömrələri və ədəbi kompozisiyalar tədbirə xüsusi rəng qatıb.
Eyni zamanda, Mir Cəlal Paşayevin "Dirilən adam" əsərinin müasir interpretasiyası əsasında hazırlanmış televiziya layihəsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Televiziyasının təşəbbüsü ilə həyata keçirilən layihə milli ədəbiyyatın təbliğinə xidmət edir.
Öz növbəsində Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək qeyd edib ki, Mir Cəlal Paşayevin irsinin qorunması və təbliği "Ədibin evi" üçün yalnız vəzifə deyil, həm də mənəvi missiyadır.
Tədbirin sonunda Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva bu kimi tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və ədəbiyyata marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda fəal iştirak edən tələbələrə "Ədibin evi"nin simvolik hədiyyələri təqdim olunub.
Tədbir Əməkdar artist Lalə Məmmədovanın ifası ilə başa çatıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
-
İki möhtəşəm iyun gecəsi - “Ocaq” Müasir Sənət Mərkəzi “Bakı gecələri” layihəsini təqdim edəcək - VIDEO
-
Macarıstanın “Magyar Rhapsody Projekt” qrupu Bakıda konsert proqramı ilə çıxış edib - FOTO
XƏBƏR LENTİ
-
Azərbaycanlı şoumen evlənir - FOTO
-
Üzüm yarpağı quru halda bankaya necə qoyulur?
-
Xalq artisti ağladı: “Səhər durub görəcəyəm ki, qızım…” - VİDEO
-
Binalar çökmə riski ilə üz-üzə: Şəhərlərin altındakı gizli təhlükə
-
Putinlə Tramp arasında telefon danışığı olub
-
"Atletiko Madrid" - "Arsenal" oyunu təxirə salına bilər
-
Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Mavi gözlülərin sirri: Hamısı tək bir adamın nəslindəndir
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
-
Sobada kartofa hansı ədviyyatlar yaraşır?
-
Azərbaycan elminə ağır itki - FOTO
-
"Teşkilat"la bağlı dəyişiklik
-
ABŞ-nin İrana qarşı hərbi əməliyyata çəkdiyi xərc açıqlandı
-
55 yaşlı məşhur ana olacaq
-
Anar Əliyev ona nazirlikdə yüksək vəzifə verdi
-
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
-
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib - FOTO
-
Dumana görə görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
İki möhtəşəm iyun gecəsi - “Ocaq” Müasir Sənət Mərkəzi “Bakı gecələri” layihəsini təqdim edəcək - VIDEO
-
Şəhərə dünyanın 13-cü ən yüksək binası gəlir: İçindən metro keçəcək





