Şou-biznes

85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

29 Aprel 2026 18:39
Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".

Milli.Az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.

Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.