Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Borussiya"nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Bu bizim üçün çox vacib qələbə idi. Matçdan çox razıyam. Hücum xəttində çox yaxşı çıxış etdik. Rəqibimiz çox güclü idi. Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər, bizə qarşı baxımlı çıxış etdilər. Əlimizə düşən fürsətlərdən maksimum istifadə etdik. Bir həftədə üçüncü dəfədir ki, səfərdə çıxış edirdik. Rəqib komanda vəziyyətdən çox yaxşı çıxırdı. İlk 10 dəqiqədə qapıya çoxsaylı zərbələr endirdik. Futbolçularım meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər".
O, "Sabah"ın vurduğu qolu dəyərləndirib:
"Standart vəziyyətdən qol buraxmaq bizi qəzəbləndirir. Çalışırıq ki, bu vəziyyətdə qapımızda qol görməyək. Əslində, həmin vəziyyətdə qapımızı toxunulmaz saxlaya bilərdik. Lakin "Sabah" həmin epizodda daha dəqiq oynadı. Bundan sonra künc zərbələrində və digər standart vəziyyətlərdə daha diqqətli olmalıyıq".
Niko Kovaç "Sabah"ın "Borussiya"ya qarşı layiqli mübarizə apardığını söyləyib:
"Sabah"a göstərdiyi futbola görə təbriklər düşür. Həqiqətən, layiqli mübarizə apardılar. Sözün açığı, təəccüblənmədim. Çünki "Sabah"ı araşdırarkən onların yaxşı oyun nümayiş etdirdiklərini görmüşdüm. Çoxları düşünürdü ki, Norveç və Azərbaycana yollanarkən asan qələbələr qazanacağıq. Lakin bu belə deyil. Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
XƏBƏR LENTİ
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
“Brent” neft ucuzlaşdı
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli





