Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət məktəblərində təhsilini dövlət təhsil standartları əsasında başqa dildə almaq istəyən uşaqlar müsahibədən keçməlidirlər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, müsahibədə uşağın dinləyib-anlama, danışıq, söz ehtiyatı, hərfləri tanıma və səsləri düzgün tələffüz etmə bacarıqları yoxlanılır, nəticələr isə müəyyən edilmiş bal meyarları əsasında hesablanır.
I sinfə qəbul üzrə müsahibələr hər il may-iyun aylarında bir dəfə keçirilir. II-XI siniflər üzrə müsahibələr isə ildə iki dəfə - avqust və növbəti ilin yanvar aylarında təşkil olunur. Müsahibələrin başlanmasına ən azı 1 ay qalmış Elm və Təhsil Nazirliyinin müvafiq qurumlarının rəsmi internet saytlarında və mediada elan verilir.
Müsahibələrin təşkili Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ya Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən həyata keçirilir.
Müsahibədə iştirak üçün uşağın valideyni və ya digər qanuni nümayəndəsi Elektron Hökumət İnformasiya Sistemində qeydiyyatdan keçməli, elektron kabinet yaratmalı və elektron ərizəni dolduraraq təsdiqləməlidir. Ərizə təsdiqləndikdən sonra məlumatların tamlığı 3 iş günü ərzində yoxlanılır. Məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq aşkar edilərsə, bu barədə elektron kabinetə bildiriş göndərilir. Ərizəçi həmin bildirişdən sonra 3 iş günü ərzində çatışmazlıqları aradan qaldırmalı və ərizəni yenidən təsdiqləməlidir.
Müsahibənin keçirilmə tarixi, vaxtı, yeri və digər zəruri məlumatlar da ərizəçinin elektron kabineti vasitəsilə təqdim olunur. Müsahibə ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla keçirilir və onun müddəti 20 dəqiqədən az olmamalıdır.
I sinfə qəbul zamanı uşağın tədris dilini hansı səviyyədə bilməsi bir neçə meyar əsasında qiymətləndirilir. Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, 3-5 cümlədən ibarət qısa mətni dinləyərək suallara cavab verməli və verilən sualları düzgün anlamalıdır.
Bundan başqa, uşaq özünü təqdim etməli, ailəsi və vətəni haqqında danışmalı, şəkil əsasında sadə cümlələr qurmalıdır. Onun söz ehtiyatı da yoxlanılır. Uşaq əşyaların adlarını düzgün deməli, heyvanları, bitkiləri, meyvə-tərəvəzi və peşələri tanımalı, rəngləri, ölçü və keyfiyyət bildirən sözləri bilməli, ətraf aləmdə baş verən hadisələri və fəsillərə uyğun təbiət dəyişikliklərini təsvir etməlidir.
Həmçinin uşağın səslərdən söz düzəltmək, böyük və kiçik hərfləri formasına görə tanımaq, danışıqda eşitdiyi səsləri uyğun hərflərlə əlaqələndirmək və sözləri aydın tələffüz etmək bacarıqları qiymətləndirilir.
Qiymətləndirmə zamanı hər meyar üzrə ən yüksək bal 5, ən aşağı bal isə 2 müəyyən edilib. Komissiya üzvlərinin hər meyar üzrə verdikləri ballar toplanır, daha sonra üzvlərin ümumi balları toplanaraq komissiya üzvlərinin sayına bölünür və yekun nəticə hesablanır. Müsahibədə 1 və daha çox bal toplayan uşaq müvəffəqiyyətlə keçmiş hesab olunur.
Müsahibənin nəticəsi keçirildiyi tarixdən etibarən 5 iş günü ərzində ərizəçinin elektron kabinetinə göndərilir. Valideynə və ya digər qanuni nümayəndəyə müsahibə prosesini kənar müdaxilə etmədən izləməyə də icazə verilir.
Müsahibəyə üzrlü səbəbdən qatıla bilməyən I sinif şagirdləri üçün ayrıca imkan nəzərdə tutulub. Bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və ya ərizəçinin müalicəsi, eləcə də ərizəçinin xidməti ezamiyyətdə olması rəsmi sənədlə təsdiqləndikdə, həmin uşaqlar üçün müsahibə cari ilin avqust ayında təşkil olunur.
Qaydaların tələbləri bələdiyyə və özəl ümumi təhsil müəssisələrində oxuyan şagirdlərin dövlət ümumi təhsil müəssisələrinə yerdəyişməsi zamanı da nəzərə alınır.
Müsahibə komissiyalarının tərkibi təhsil səviyyəsinə görə fərqlənir. İbtidai təhsil səviyyəsində komissiya tədris dili üzrə 3 ibtidai sinif müəllimindən təşkil olunur, müşahidəçi qismində isə müvafiq qurumun əməkdaşı və psixoloq iştirak edir. Ümumi orta və tam orta təhsil səviyyələrində komissiyaya tədris dili üzrə 2 müəllim və həmin dil üzrə 1 riyaziyyat müəllimi daxil edilir. Bu mərhələlərdə müşahidəçi qismində müvafiq qurumun əməkdaşı iştirak edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)
-
Qardaşlıq sərhədləri ləğv etmir: Azərbaycan Türkiyədən giriş qaydalarına niyə yenidən baxmalıdır?
XƏBƏR LENTİ
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
-
Elnarə Abdullayeva nəvəsi üçün bu qədər xonça hazırlatdı - (Video)
-
“Brent” neft ucuzlaşdı
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
-
Şirvanda su kəsiləcək
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
-
Sabah iki rayonda qaz olmayacaq
-
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
-
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
Qardaşlıq sərhədləri ləğv etmir: Azərbaycan Türkiyədən giriş qaydalarına niyə yenidən baxmalıdır?





