İdman

“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu

20 Oktyabr 2026 18:44
Baxış: 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununa çıxıb.

Milli.Az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Əlincə Stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. 82-ci dəqiqədə Dortmund təmsilçisinin oyunçusu Castin Hoy penaltidən yararlana bilməyib.

Qeyd edək ki, "Sabah"ın U-19 komandası bundan əvvəl 1-ci turda İngiltərədə "Mançester Yunayted"ə 0:5, 2-ci turda Bakıda Çexiyanın "Slaviya" komandasına 0:3 hesabı ilə uduzub.

Hazırda xalı olmayan "Sabah" 36 komanda arasında 35-cidir. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.