Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin (MM) keçmiş deputatlarının hazırkı fəaliyyəti və mandatlarını başa vurduqdan sonra həyatlarının necə dəyişməsi ictimai maraq doğuran mövzulardandır. Bir vaxtlar parlamentdə təmsil olunan, qanunvericilik prosesində iştirak edən və ictimai-siyasi gündəmdə yer alan sabiq parlament üzvlərinin indi hansı sahələrdə çalışdıqları, fəaliyyətlərini necə davam etdirdikləri maraqla qarşılanır. Bununla yanaşı, deputat mandatı başa çatdıqdan sonra gündəlik həyatlarında və ictimai əlaqələrində müəyyən dəyişikliklərin baş verdiyini deyənlər də var. Bəs eks deputatları bu gün nə işlə məşğuldurlar?
Milli.Az xəbər verir ki, Oxu.Az onların bir neçəsi ilə əlaqə saxlayaraq bu suallara cavab tapmağa çalışıb..jpg)
MM-in I çağırış deputatı Yusif Bağırzadə bildirib ki, fəaliyyəti başa çatandan sonra - 2003-2007-ci illərdə MSK üzvü olub:
"Bundan sonra isə müxtəlif vəzifələrdə çalışmışam. Hazırda siyasi şərhçi kimi fəaliyyətimi davam etdirirəm. Sabiq həmkar dostlarımla da təmaslarım var və hətta yüksək səviyyədədir"..png)
Parlamentin III, IV, V və VI çağırış deputatı Rüfət Quliyev isə Azərbaycan Dövlət İqtisad Universitetində çalışır:
"İqtisad Universitetinin professoruyam, elmi işlə məşğulam. Daha çox isə şirkətlərə məsləhətlər verirəm. Şəxsi biznesimdən isə elə o vaxtdan uzaqlaşmışam. Beynimi, zehnimi işlədirəm. Məncə insan belə daha çox qazanc əldə edə bilər. Yəni indi daha sərbəst işlərlə məşğulam və mandat itirmək təhlükəm yoxdur. Düzdür, itirib-axtaranların sayı azalıb, amma düşünürəm ki, bu da normal haldır"..png)
Milli Məclisin IV, V və VI çağırış deputatı Aqiyə Naxçıvanlı isə hazırda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının idarə Heyətinin üzvüdür:
"Bununla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvü və müdafiə ərəfəsində olan seminar rəhbəriyəm. Mən deputat olanda bir çox şeylərdən məhrum idim, sərbəstliyim yox idi. Amma indi daha çox vaxtım var. Həm də səhhətimə görə fəaliyyətimi geniş tətbiq edə bilmirdim. Ona görə də öz istəyimlə kənarlaşdım. Dostlarım isə bu gün də məni itirib-axtarırlar"..png)
Sabiq deputat Tahir Kərimli hazırda İsmayıllı rayonunda yaşayır:
"Günümün çoxunu rayonda keçirirəm. Ailəmə daha çox vaxt ayırıram, həyət-bacada işləyirəm, mütaliə edirəm və günümü belə keçirirəm. Deputat fəaliyyətim başa çatandan sonra isə vaxtilə edilən zənglərin, itirib-axtaranların sayı kifayət qədər azalıb. Partiya sədri kimi də istefa vermişəm"..png)
Milli Məclisin V çağırış deputatı Dilarə Cəbrayılova fəaliyyətini məktəb direktoru kimi davam etdirir:
"Mən deputat olanda da müəllim idim, indi də. Bakı şəhəri 295 nömrəli məkəbin direktoruyam. Həmin məktəb Nardaranda yerləşir. Burada təhsilin keyfiyyəti, qızların məktəbə cəlb olunması və sair işlərə görə məsuliyyət daşımışam və bir o qədər də öhdəsindən gəlmişəm. Bu gün də həmin fəaliyyətimi davam etdirirəm"..png)
Milli Məclisin V çağırış deputatı Sona Əliyeva isə mandatını itirəndən sonra rəsmi olaraq işsiz qaldığını deyib:
"Hazırda "Təhsilli gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədriyəm. Yəni fəaliyyətimi təhsil sahəsində QHT nümayəndəsi kimi davam etdirir, bu istiqamətdə müəyyən layihələr həyata keçirirəm. Təbii ki, rəsmi işin olması özünü sığortalamaqdır, lakin belə də həyatımda qeyri-adi bir dəyişiklik yoxdur. Sadəcə, mandatımı itirəndən sonra xahiş edənlər daha yoxdur. Keçmiş həmkarlarımla da əlaqələrim davam edir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
-
Şirvanda su kəsiləcək
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
XƏBƏR LENTİ
-
“Brent” neft ucuzlaşdı
-
"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım" - Mətanət İsgəndərli
-
"Sabah" və "Borussiya" matçında hesab açıldı - CANLI - YENİLƏNİR
-
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
-
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi - (Foto)
-
Şirvanda su kəsiləcək
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
-
Keçmiş deputatlar indi nə ilə məşğuldurlar? - (Foto)
-
Tbilisidə 23 yaşlı Aysunun müəmmalı ölümü - atası danışdı
-
Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
-
Sabah iki rayonda qaz olmayacaq
-
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
-
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
-
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN
-
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - (Foto)
-
“Dünyanı qadınlar idarə etsəydi?”: Cudi Çikaqonun qlobal incəsənət layihəsi Bakıda təqdim olunacaq - (Foto)
-
Qardaşlıq sərhədləri ləğv etmir: Azərbaycan Türkiyədən giriş qaydalarına niyə yenidən baxmalıdır?
-
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - (Foto)
-
"Qarabağ" və "Neftçi" cərimələndi
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Sabah səhər saat 08:00-dan bu yolda hərəkət dayandırılacaq





