Ət qovurarkən yumşaq olması üçün nə etməli?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qovurmanın ləzzətli olması üçün təkcə ətin keyfiyyəti kifayət deyil; istilik idarəetməsi və duzlama zamanı da həlledici rol oynayır.
Milli.Az xəbər verir ki, yumşaq qovurma üçün ətin az sinirli hissələrinə üstünlük verilməlidir.
Dana bud, antrikot və ya az sinirli quşbaşı doğranmış ətlər ən yaxşı nəticəni verir.
Tamamilə yağsız ət bişərkən quruyur. Orta yağlı ət seçmək həm dadın daha zəngin olmasını, həm də ətin öz suyunda yumşalmasını təmin edir.
Yeni kəsilmiş əti dərhal bişirmək onun sərt olmasına səbəb olur. Soyuducuda ən azı bir neçə saat (mümkünsə bir gün) dincələn ətin lifləri boşalır.
Soyuducudan çıxan soyuq əti birbaşa isti tavaya qoymayın. Bişirməzdən əvvəl ətin otaq temperaturuna gəlməsini gözləmək onun daha bərabər bişməsinə kömək edir.
Qovurmanın əsl sirri səbrlə bişirilməsindədir.
Yüksək od ətin xarici qatını sürətlə qurudur və içini sərtləşdirir. Əti əvvəlcə öz suyunu salana qədər orta odda, sonra isə suyunu çəkənə qədər aşağı odda bişirmək lazımdır.
Əti daim qarışdırmaq onun daxili şirəsini itirməsinə səbəb ola bilər. Arada bir qarışdırmaq kifayətdir.
Əlavə yağ (xüsusən bitki yağı) əlavə etmək ətin təbii toxumasını poza bilər. Ənənəvi və ən ləzzətli üsul ətin öz daxili yağı ilə bişməsidir. Ət öz suyunu çəkdikdən sonra açığa çıxan təbii yağ, əti xaricdən sərtləşdirmədən yumşaq saxlayır.
Əti bişirməyə başlayan kimi duz əlavə etmək ən böyük səhvlərdən biridir.
Duz ətin suyunu vaxtından əvvəl xaricə çıxarır və bu da onun qurumasına səbəb olur.
Duzu və kəklikotu kimi ədviyyatları ət tamamilə bişdikdən sonra və ya ocağı söndürməyə bir neçə dəqiqə qalmış əlavə edin. Bu, ətin həm sulu, həm də daha aromatik qalmasını təmin edəcək.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
XƏBƏR LENTİ
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq
-
Məşq zamanı vəfat edən Rəsulun (Fotosu)
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
Xalq artisti Zaur Rzayev vəfat edib
-
Prezident Türkiyəyə niyə getmədi?
-
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - (Foto)
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib
-
Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - (Foto)
-
Ərinin ölümünə görə Kliniki Tibbi Mərkəz və “Avropa Beynəlxalq Hospital”dan təzminat aldı
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
Siyəzəndə faciə: 11-ci sinif şagirdi motosikletlə evə çırpıldı
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Məktəbdə jurnalistlərə hücumla bağlı cinayət işi başlandı
-
Azərbaycanla sülhü 400 il və daha çox müddətə təmin etməliyik - Paşinyan
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)





