Siyasət

Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO

29 Aprel 2026 19:45
Baxış: 817

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşü keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistanın Ağverən istirahət zonasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının 13-cü iclası baş tutub.

Görüşdə tərəflər sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri ətrafında müzakirələri davam etdiriblər.

Qeyd edək ki, rəsmi nümayəndə heyətlərinin müzakirələri ilə paralel olaraq, Ağverəndə hər iki ölkədən olan iş adamları da bir araya gəliblər.

İclasın yekununda Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin korteji Ağverən ərazisini tərk edib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.