İdman

General-mayor “Konyaspor”a dəstəyinə görə vəzifəsindən oldu

29 Aprel 2026 18:45
Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə kubokunun 1/4 finalında keçirilən "Konyaspor" - "Fənərbaxça" (1:0) matçı zamanı stadionun üzərindən helikopterlərin uçmasına icazə verən general-mayor Mete Kuş cəzalanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Konyaspor"la yaxın əlaqələri ilə tanınan Konya 3-cü Əsas Reaktiv Bazası və Qarnizonunun komandiri komandaya dəstək məqsədilə arenanın üzərindən uçuşların olmasına icazə verib. Onun bu hərəkəti Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb.

Hadisədən sonra general-mayorun vəzifəsi aşağı salınaraq o, Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahına təyinat alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.