Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda dövlət satınalmaları üzrə müqavilələrdə dəyişiklik imkanları məhdudlaşdırılmlıdır.
Milli.Az xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.
Qurum hesab edir ki, mövcud qanunvericiliyə əsasən satınalma müqaviləsi qüvvəyə mindikdən sonra onun şərtlərinin dəyişdirilməsi əsasən məhdudlaşdırılsa da, bəzi hallarda bu müddəalardan sui-istifadə edilir.
Bildirilib ki, xüsusilə müqavilənin icra müddəti və məbləği ilə bağlı dəyişikliklər satınalan təşkilatlarla təchizatçılar arasında əvvəlcədən razılaşdırılmış şəkildə digər iştirakçılar üçün məhdudiyyətlərin yaranmasına və qiymət üstünlüyünün əldə olunmasına səbəb ola bilər.
Hesabata görə, təkliflərin qiymətləndirilməsində əsas meyarlardan biri olan icra müddətinin sonradan dəyişdirilməsi satınalmaların şəffaflığına və rəqabət mühitinə mənfi təsir göstərir.
Bundan əlavə, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi hallarında tətbiq olunmalı cərimələrin qanunvericilikdə dəqiq tənzimlənməməsi tərəflərin öhdəliklərə qeyri-ciddi yanaşmasına və satınalmaların effektivliyinin azalmasına gətirib çıxarır.
Hesablama Palatası bu səbəbdən satınalma müqavilələrində dəyişiklik imkanlarını nəzərdə tutan müddəaların sərtləşdirilməsini, müqavilə müddətinə dəyişikliklərin hansı hallarda mümkün olmasının dəqiq müəyyənləşdirilməsini və cərimə mexanizmlərinin qanunvericilikdə aydın şəkildə təsbit olunmasını təklif edir./Report
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
XƏBƏR LENTİ
-
Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı
-
Alpay vəfat etdi
-
19 yaşında atasını itirən Sonaxanım efirdə ağladı - (Video)
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
FETÖ-nü darmadağın etdilər, nurçuluğu qorudular: Türkiyə iqtidarının ikili standartı
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Sergey Lavrov Bakıya gəlir
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
-
12 il əvvəlki kredit borcu hələ də silinməyib - Vətəndaşdan əlavə pul tələb olunur - (Video)
-
Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı çağırış
-
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
-
Pensiya alanlara şad xəbər
-
Doğum tarixinizə görə hansı hadisələr sizi gözləyir?
-
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
-
Azərbaycanın təcrübəsi tərəfdaş dövlətlər üçün çox faydalı ola bilər - Kamaləddin Qafarov
-
Kənd yumurtası alanlara pis xəbər
-
Baku International Arts Festival yenidən Bakıda keçiriləcək: teatr, musiqi, rəqs və müasir incəsənət bir arada - (Foto)
-
Eviniz bu ərazilərdən birindədirsə, "kupça" ala bilməzsiniz
-
Prezident İlham Əliyev: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir
-
Pepe yeni vəzifəyə seçildi





