İdman

Osimhen üçün inanılmaz təklif: dərhal cavab verildi

29 Aprel 2026 19:14
Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Barselona"nın Viktor Osimhen üçün 100 milyon avrodan çox təklif etdiyi bildirilsə də, "Qalatasaray"ın 150 milyon avro tələb etdiyi və geri çəkilməkdən imtina etdiyi deyilir. 

Milli.Az-ın xəbərinə görə, Avropa nəhəngləri "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenə maraq göstərməyə davam edir. Bu dəfə "Barselona" nigeriyalı futbolçu üçün diqqət çəkən həmlə edib. 

Məlumata görə, "Barselona" Viktor Osimhen üçün hələ rəsmi olmayan, lakin 100 milyon avrodan çox məbləğdə təklif göndərib. Bu, transfer bazarında böyük ajiotaj yaradıb. 

"Qalatasaray" rəhbərliyinin bu təklif qarşısında geri çəkilmədiyi məlum olub. "Qalatasaray"ın Osimhen üçün tələb etdiyi qiymətin 150 milyon avro olduğu bildirilir. 

İki klub arasında danışıqların yaxın günlərdə necə davam edəcəyi hələ bilinməsə də, Osimhenin gələcəyi transfer pəncərəsinin ən çox müzakirə olunan mövzularından biri olacaq. (lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.