Kulinariya

Sobada kartofa hansı ədviyyatlar yaraşır?

29 Aprel 2026 20:58
Baxış: 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sobada bişirilmiş kartofun həm xırtıldayan, həm də ətirli olması üçün istifadə olunan ədviyyatların rolu böyükdür. Düzgün seçilmiş ədviyyat qarışığı kartofun sadə dadını zənginləşdirərək onu süfrənin ulduzuna çevirə bilər.

Milli.Az xəbər verir ki, kartof bişirərkən əsas sirr ədviyyatları yağla yaxşıca qarışdırıb hər bir dilimə bərabər paylamaqdır.

Sobada kartofun ən təməl və imtina edilməz ikilisi duz və qara istiotdur. Duz kartofun təbii dadını ön plana çıxarır, qara istiot isə yüngül kəskinlik qatır. Bu ikili, xüsusilə sadə və klassik dadları sevənlər üçün ideal seçimdir və yağla birləşdikdə kartofun kənarlarının daha yaxşı qızarmasını təmin edir.

Şirin qırmızı toz bibər kartofa həm gözəl qızartı, həm də yüngül şirin aroma verir. Sobada bişərkən kartofun üzərində iştah açan bir rəng təbəqəsi yaradır. Bu ədviyyat xüsusilə zeytun yağı ilə birləşdikdə daha aromatik olur və qatıqlı souslarla əla uyğunluq təşkil edir.

Kəklikotu sobada kartofa təbii dad qatır. Onun yoğun ətri bişmə prosesində bütün evi bürüyür. Xüsusilə ət yeməklərinin yanında təqdim edilən kartoflar üçün kəklikotu ən yaxşı seçimdir. Həm quru, həm də təzə kəklikotu kartofun dadını daha zəngin və dərin edir.

Sarımsaq tozu sobada kartofa güclü dad dərinliyi qazandırır. Təzə sarımsaqdan fərqli olaraq, toz halında olanda sobada yanma riski yoxdur və kartofun hər tərəfinə bərabər paylanır. Xüsusilə xırtıldayan kartof reseptlərində sarımsaq tozu əvəzolunmazdır və qoxusu ilə iştahı artırır.

Acı sevənlər üçün pul bibər kartofa xarakterli və canlı bir lezzet qatır. Yağla qarışdırıldıqda kartofun səthinə yaxşı yapışır və bişdikdə xoş bir acılıq verir. Bu növ kartoflar xüsusilə qovurma və ya ızgara ətlərin yanında mükəmməl görünür.

Ədviyyatları kartofa əlavə etməzdən əvvəl mütləq yağla (zeytun yağı və ya kərə yağı) qarışdırın. Bu, ədviyyatların yanmasının qarşısını alır.

Kartofları doğradıqdan sonra nişastasını salması üçün yuyun və mütləq qurulayın. Sulu qalan kartof xırtıldayan deyil, yumşaq olar.

Ədviyyatlı yağı kartoflara əlinizlə və ya geniş bir qabda sallayaraq hər tərəfinə yedirin.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.