Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
Keçmiş beynəlxalq prokuror Luis Moreno Okampo və oğlu Tomasla bağlı ortaya çıxan videokadrlar və orada səsləndirilən fikirlər Avropa təsisatlarının kənar təsirlərə məruz qaldığı reallığını bir daha təsdiqləyir.
Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
O bildirib ki, yayılan kadrlar Avropa siyasi mühitində ciddi suallar doğurub. Kadrlarda Jozef Borrell və Ursula fon der Lyayen kimi yüksək ranqlı fiqurların adlarının çəkilməsi isə müzakirəni daha da həssas edir. Mövzunu sadəcə fərdlərin davranışı kimi yox, Avropa institutlarının təsirə qarşı nə dərəcədə dayanıqlı olması prizmasından dəyərləndirmək qaçılmazdır. Burada əsas sual budur: qərarvermə mexanizmləri nə qədər şəffafdır və kənar təsir iddialarına qarşı nə qədər immunitetlidir?
"Videoda parlament alətlərinin "yönləndirilməsi", komissiya səviyyəsində gündəm formalaşdırılması, insan hüquqları mövzusunun siyasi təzyiq aləti kimi istifadəsi və digər məqamlar səslənir. Bu hadisə Avropa institutlarının reputasiyası üçün ciddi riskdir. Bu kontekstdə Avropa Parlamenti və Avropa Komissiyası kimi qurumların adı istər-istəməz müzakirənin mərkəzinə keçir, onların qərarlarını sual altına alır. Avropa qərarvermə mexanizmləri qeyri-şəffaf təsir kanallarına nə dərəcədə açıqdır? Əgər bir aktorun parlament suallarını "yönləndirmək", komissiya səviyyəsində gündəm formalaşdırmaq və insan hüquqları diskursunu siyasi təzyiq alətinə çevirmək imkanları varsa, bu, lobbiçiliyin klassik çərçivəsini aşan institusional qanunsuzluğu göstərir", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, demokratik sistemlərdə lobbiçiliyə rast gəlinsə də, konkret bu fakt üzrə baş verənlər demokratiya ilə uzlaşmır. Söhbət şəffaflığın istməsindən və qərarla müdaxilədən gedir. Videogörüntülərdə qeyd olunduğu kimi təqdim edilən məqamlar-parlament alətlərinin koordinasiyalı istifadəsi, insan hüquqları mövzusunun seçici tətbiqi, regionla bağlı qərarların formalaşdırılmasına "daxildən" təsir - lobbiçilikdən çox təsir əməliyyatı təsviri yaradır.
"Məsələnin geosiyasi çaları da diqqətdən yayınmır. Maliyyə dəstəyi iddiası ilə Rusiyada yaşayan erməni əsilli biznesmenlərin - Samvel Karapetyan və Ruben Vardanyanın adlarının hallanması məsələni sırf etik müstəvidən çıxarıb maraqlar toqquşması müstəvisinə daşıyır. Videolarda iddia olunduğu kimi təqdim edilən başqa bir xətt isə Avropa strukturlarına təsir göstərərək Azərbaycanla əməkdaşlıq mexanizmlərini zəiflətmək niyyəti ilə bağlıdır. Bu, hüquqi arqumentdən çox siyasi təzyiq strategiyasını xatırladır. Eyni zamanda, fərdi mövqelərin bütövlükdə Aİ siyasəti kimi təqdim olunmasının nə dərəcədə doğru olduğu sualını da gündəmə gətirir.
Bütün bunlar isə Azərbaycan-Ermənistan normallaşma prosesinin həssas mərhələsinə təsadüf edir. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh sazişi üzrə danışıqların getdiyi bir vaxtda kənardan gələn destruktiv çağırışlar regionda formalaşmaqda olan etimad mühitinə mənfi təsir göstərə bilər. Bu hadisə təkzib olunsa da, bir gerçəyi üzə çıxarır: insan hüquqları və beynəlxalq hüquq kimi həssas mövzuların siyasi alətə çevrilməsi barədə ciddi təhülkələr yaranıb. Bu isə həm Avropa institutlarına olan etimadı sarsıdır, həm də real sülh təşəbbüslərinə kölgə salır", - deyə S.Mikayılova diqqətə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)
XƏBƏR LENTİ
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Qazaxda TIR yandı - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
-
Qarlı zirvələrdə yeni idman tarixi yazılacaq: “Snow Polo World Cup Azerbaijan-2027”
-
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü





