Azərbaycanda kredit faizləri ENDİRİLİR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Maliyyə icarəsi haqqında" qanunun qəbul edilməsi bütövlükdə maliyyə sektorunda və xüsusən də lizinq sahəsində münasibətlərin genişlənməsinə gətirib çıxaracaq.
Milli.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, gözlənti ondan ibarətdir ki, bu sektorda rəqabətin artması və təklifin çoxalması lizinq üzrə kreditlərdə faiz dərəcələrinin azalmasına səbəb ola bilər:
"Avropa İttifaqı daxil olmaqla, əksər region ölkələrində lizinq üzrə faizlər real, eləcə də istehlak kreditləri üzrə faizlərdən aşağıdır. Məsələn, Avropa İttifaqında istehlak kreditləri 7%, real sektor yönümlü kreditlər 3,5%, lizinq kreditləri isə 2%-dir. Eyni zamanda qardaş Qazaxıstanda da lizinq kreditləri istehlak kreditlərindən daha aşağı faizlə təklif olunur. Azərbaycanda hələlik lizinq kreditləri orta hesabla 14%-lə başlayır. Amma istehlak kreditləri 11%-dən başlayaraq təklif olunur".
Deputat söyləyib ki, ümumiyyətlə, burada həm istehlak, həm də real sektor üzrə orta kreditlərdən söhbət gedir: "11%-dən başlayaraq təklif olunur. Bu konteksdən lizinq kreditləri üzrə faiz dərəcələrinin aşağı düşməsi digər kredit faizlərinə birbaşa təsir göstərməsə də, dolayı olaraq təsir göstərə bilər. Çünki dolayı olaraq bu, bütövlükdə bank sektorunda, eləcə də kredit bazarında orta kredit faizlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Əgər yeni qanunun qəbul edilməsi və tədqiqi lizinq kreditlərinin faiz dərəcələrini azaldarsa, bu, nəticə etibarilə həm də bütövlükdə digər, o cümlədən istehlak krediti üzrə faizlərin azalmasına dolayı təsir göstərə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi
-
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
-
Yalçın Babayev işdən azad edildi
-
Bəxtiyar Əliyev Rusiyanın məşhur musiqi layihəsində
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Tikinti aparılan binadan yıxılan şəxs öldü - (Foto)
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq





