Cəmiyyət

Mayda 14 gün iş OLMAYACAQ

13 Mart 2026 11:24
Baxış: 2 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

May ayında həftə sonları da daxil olmaqla 14 gün qeyri-iş günü olacaq.

Milli.Az Operativ Media-ya istinadən xəbər verir ki, 9 May - faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyinə görə, mayın 11-i də qeyri-iş günü olacaq.

Bu il Azərbaycanda Qurban Bayramı 27-28 may tarixlərinə təsadüf edəcək. Həmçinin 28 May - Müstəqillik Günü də qeyri-iş günü olduğuna görə, 29 may tarixində də iş olmayacaq.

Bununla da, 9, 10, 11 may və 27, 28, 29, 30, 31 may tarixlərində ardıcıl qeyri-iş günləri olacaq.

Beləliklə, həftə sonları da daxil olmaqla may ayında 14 gün qeyri iş günü olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.