"Zikhlərin müqaviməti və BMT” konfransının iştirakçıları Hindistanın transmilli repressiyalarından narahatlıqlarını ifadə ediblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zixlərin müqaviməti və BMT" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları müxtəlif ölkələrdə fəaliyyət göstərən zix icmasının fəallarına, insan hüquqları müdafiəçilərinə və diaspor nümayəndələrinə qarşı təzyiq halları ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Milli.Az xəbər verir ki, konfransın yekun bəyanatında qeyd olunub ki, xarici ölkələrdə yaşayan zix fəallarına qarşı gizli müşahidə, təhdid, təqib, dezinformasiya kampaniyaları və zorakılıq kimi hallar barədə sənədləşdirilmiş məlumatlar mövcuddur. Bildirilib ki, bu cür fəaliyyətlər insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqla yanaşı, beynəlxalq hüququn əsas prinsiplərinə və dövlətlərin suverenliyinə də ziddir.
İştirakçılar həmçinin zix fəalı Bhai Hardeep Singh Nijjarın qətlə yetirilməsindən sonra müxtəlif ölkələrdə zix fəallarına qarşı təzyiqlərin davam etməsi ilə bağlı məlumatları narahatlıqla qeyd ediblər. Bu halların ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya ilə yanaşı, bəzi Avropa ölkələrində də müşahidə olunduğu bildirilib.
Bakı Təşəbbüs Qrupu (BTQ) zix xalqının fundamental hüquq və azadlıqlarının qorunması istiqamətində aparılan mübarizəyə dəstəyini bir daha ifadə edib və transmilli repressiya hallarının beynəlxalq təşkilatların gündəliyində prioritet mövzu kimi qaldırılmasının vacibliyini vurğulayıb.
Konfrans iştirakçıları Birləşmiş Millətlər Təşkilatını zix fəalları və diaspor icmalarına qarşı yönəlmiş transmilli repressiya halları ilə bağlı məlumatların sistemli monitorinqini aparmağa, bu halların hərtərəfli araşdırılmasını təmin etməyə və məsul şəxslərin cavabdehliyə cəlb olunmasına çağırıblar.
Bununla yanaşı, BTQ və Sikh Federation International BMT-ni Hindistan hökumətinin zix fəallarına qarşı mümkün hücumları ilə bağlı müstəqil araşdırma aparmağa çağırıblar.
Konfrans iştirakçıları zix və digər icmaların hüquqlarının qorunması məsələsinin beynəlxalq platformalarda gündəmdə saxlanılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər. (APA)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Balidə Azərbaycan və Ermənistan restoranı diqqət çəkdi - (Foto)
-
Qumral əri ilə eşqə gəldi: Sevgi dolu anları diqqət çəkdi - (Foto)
-
TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
-
Bu rayonlarımıza qar yağdı
-
Narın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - (Video)
-
Ukrayna Belqoroda kabus yaşatdı: Ölü və yaralılar var
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
İsraildən Türkiyəyə güc nümayişi
-
Salyanda evə ildırım düşdü (Video)
-
ABŞ-yə yeni təklif: Hörmüzü açırıq, əvəzində...
-
Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – (Video)
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Güllünün ölümü ilə bağlı şok detal
-
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - (Foto)
-
ABŞ-də atışma: 12 yaralı var
-
Millimiz bu gün 2 oyuna çıxacaq
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Rusiyada güclü zəlzələ oldu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək





